Mbappe hər kəsi həyəcanlandırdı

Fransa millisinin hücumçusu Kilian Mbappe zədələnib.

Newsport.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 19 yaşlı forvard məşqdə Adil Rami ilə mübarizədə xəsarət alıb. 


Sağ ayağından zədə alan Mbappe paltardəyişmə otağına həkimlərin müşayiəti ilə yollanıb. Hələlik fransız futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu məlum deyil. 

Xatırladaq ki, Fransa millisi DÇ-2018-dəki ilk oyununu iyunun 16-da Avstraliyaya qarşı keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right