"Xəzər Lənkəran"ın keçmiş futbolçusu Türkiyə klubunun baş məşqçisi təyin olundu

Türkiyə millisinin keçmiş üzvü Oktay Derelioğlunun yeni iş yeri müəyyənləşib.  

Newsport.az-ın məlumatına görə, veteran futbolçu "Elazığspor"da çalışacaq. O, komandanın baş məşqçisi təyin olunub.  

2008-ci ildə karyerasını başa vuran Derelioğlu ötən il məşqçiliyə başlayıb. O, "Kahramanmaraşspor" və  "Qaziantepspor"un baş məşqçisi vəzifəsində çalışıb.  

Qeyd edək ki, 42 yaşlı veteran oyunçu karyerası ərzində "Xəzər Lənkəran" klubunda da oynayıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right