Ranyerini Kardoso əvəz etdi

Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisini bundan sonra portuqal mütəxəssis Migel Kardoso çalışdıracaq. Bu barədə klubun prezidenti Valdemar Kita məlumat verib.

Kardoso ötən mövsüm Portuqaliyanın “Riu Ave” klubunu çalışdırıb. Komanda onun rəhbərliyi altında ölkə çempionatını 5-ci yerdə başa vurub.

“Nant” əvvəlki baş məşqçisi Klaudio Ranyeri ilə əməkdaşlığı mayın 17-də bitirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right