Renat Dadaşovun yeni klubu bəlli oldu

Milli komandamızın və Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, 19 yaşlı forvard karyerasını Portuqaliyada davam etdirəcək. Dadaşov ikinci liqa təmsilçisi "Eştoril"lə müqavilə imzalayıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Dadaşov ötən il "Ayntraxt" klubu ilə peşəkar müqavilə imzalasa da, əsas komandada şans qazana bilməmişdi. Mövsümün gedişində komanda yoldaşını və məşqçisini döyən Renat komandadan qovulmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right