"Azərbaycan üzərində darmadağını böyütmək lazım deyil" Federasiya rəsmisi

Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojin yerli mətbuata müsahibəsində milli komandanın Azərbaycan yığması üzərində qazandığı qələbədən (3:0) danışıb.

 

Newsport.az xəbər verir ki, federasiya rəsmisi qələbəni böyütməyin lazım olmadığını deyib:

 

“Azərbaycanla oyunun hesabı və nəticəsi bizi sevindirdi, amma bu darmadağını böyütmək lazım deyil. Millətlər Liqasının startına hələ 3 ay var. Milli üzvləri öz optimal formalarını yığmalıdırlar. Qarşıda avrokubok oyunları var. Bunun köməyi ilə qazaxıstanlı futbolçular pik nöqtəyə çata bilərlər. Stanimir Stoilov qısa vaxt ərzində futbolçularda inam formalaşdıra bilib. Onlar da bunun qarşılığını yoldaşlıq oyunlarında artıqlaması ilə verdilər. Ümid edirəm ki, yığma Millətlər Liqasına kimi tam hazır olacaq”.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz