"Luis Suaresi dişləyə bilərəm" Rusiyalı müdafiəç

Rusiya milli komandasının müdafiəçisi İlya Kutepov dünya çempionatının başlamasına azsaylı günlər qalmış ölkəsinin mətbuatına açıqlama verib.

 

Newsport.az xəbər verir ki, "Spartak"da çıxış edən arxa xətt oyunçusu qrupdakı rəqibləri olan Uruqvayla Misirin ulduz futbolçuları - Məhəmməd Salahla Luis Suares barəsində danışıb. 24 yaşlı futbolçu uruqvaylı forvard Luis Suaresdən qoxmadığını və lazım gələrsə, onu dişləməyə hazır olduğunu deyib: "Luis Suaresdən qorxurammı? Əlbəttə, xeyr. Ehtiyac olarsa, onu dişləyə də bilərəm".

 

Kutepov Salahın qarşısını Ramos kimi kəsməyə hazır olduğunu deyib: "Salahın oynadığı futboldan narahat deyiləm. Lazım gəlsə, Serxio Ramos kimi onun qarşısı alaram".

 

Qeyd edək ki, Rusiya A qrupunda Uruqvay, Misir və Səudiyyə Ərəbistanə ilə birgə yer alıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right