Edin Ceko: "Hamı düşünürdü ki, "Qarabağ"ı 4-5 qolla yenməliyik"

İtaliyanın "Roma" klubunun futbolçusu Edin Ceko Çempionlar Liqasında yarımfinal mərhələsinədək qət etdikləri 10527 km-lik yola nəzər salıb. 
 
Newsport.az-ın məlumatına görə, bosniya və herseqovinalı hücumçu qrup mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunlardan da danışıb. 32 yaşlı forvard bildirib ki, Bakıdakı qarşılaşmada heç də asan qələbə əldə etməyiblər: "Hamı düşünürdü ki, 4-5 qolla qalib gəlməliyik. Lakin bu, Çempionlar Liqasında heç vaxt asan olmur. Birinci hissə bizim üçün yaxşı keçdi. Fasilədən sonra isə bir qədər çətinlik çəkdik". 
 
Romadakı görüşə gəldikdə, Ceko minimal hesablı qələbə sayəsində İngiltərənin "Çelsi" və İspaniyanın "Atletiko" komandalarını keçərək, qrup qalibi olduqlarını vurğulayıb: "Heç kim bunu gözləmirdi. Ən vacib məsələ odur ki, birinci yeri tutduq". 
 
Qeyd edək ki, "Roma" "Qarabağ"la Bakıdakı görüşdə 2:1, öz meydanında isə 1:0 hesablı qələbə qazanıb. İlk oyunda 15-ci dəqiqədə vurulmuş ikinci qolun müəllifi Edin Ceko olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right