Ölkə kubokunu qazandı, fəaliyyətini dayandırdı

Rusiyanın "Tosno" klubu fəaliyyətini dayandırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun sponsoru olan "FortGroup"un rəhbəri Maksim Levçenko məlumat verib. O, böhrana görə klubun fəaliyyət göstərməyəcəyini qeyd edib.

2013-cü ildə yaranan klub RUsiya kubokunun son qalibi idi. Komanda Rusiya kubokunu qazansa da, Premyer Liqada 15-ci pilləni tutaraq, I Diviziona düşmüşdü. Üstəlik, "Tosno"ya avrokuboklarda çıxış etmək üçün lisenziya verilməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right