"Liverpul"un Fekir arzusu ürəyində qaldı

"Lion" Nabil Fekirin "Liverpul"a transfer olacağı xəbərləri haqda bəyanat yayıb.

Newsport.az-ın məlumatına görə, Fransa klubu "qırmızılar"la anlaşdığı iddia olunan hücumçunun klubdan ayrılmayacağını açıqladı. "Lion" transfer görüşmələrində razılıq əldə olunmadığını və danışıqların yekunlaşdığı haqda məlumat yayıb.

Qeyd edək ki, "Liverpul"un Fransa millisinin hücumçusu üçün "Lion"la 65 milyon avro qarşılığında razılığa gəldiyi haqda məlumatlar yayılmışdı.

24 yaşlı futbolçu başa çatan mövsümdə 40 oyuna 23 qol vurub, 8 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right