"Qəbələ" "Udineze"yə məğlub oldu

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Qallini Dünya Kuboku davam edir.

Newsport.az-ın məlumatına görə, 15 yaşadək futbolçuların mübarizə apardığı turnirin ikinci oyun günündə qrup mərhələsinin son görüşləri, həmçinin 1/4 final matçları baş tutub. B qrupunda yer alan “Qəbələ” 2-ci oyununda İtaliya təmsilçisi “Venetsiya” ilə qarşılaşıb. İlk turda yerli “Dinamo Star”a 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” bu dəfə meydanı xalsız tərk edib - 2:3. "Qəbələ"nin qollarına Süleyman Damadayev və Vüsal Mirzəzadə imza atıb.

Qrup mərhələsini 2-ci pillədə başa vuran “Qəbələ” 1/4 finalda digər İtaliya təmsilçisi “Udineze” ilə görüşüb. 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” 5-8-ci yerlər uğrunda mübarizə aparacaq. "Qəbələ" bu gün İtaliyanın “Kavolano” klubu ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right