3 il ərzində 12 milyon avro ödəyəcək

"Yuventus" "Cenoa"nın qapıçısı Mattia Perini transfer edib.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı qolkiperlə 2022-ci ilin yayınadək müqavilə bağlanılıb. 

"Qoca Sinyora" bu keçid qarşılığında yaxın 3 il ərzində Genuya klubuna hissə-hissə 12 milyon avro ödəyəcək. Oyunçunun çıxışından asılı olaraq, "Yuventus" "Cenoa"nın hesabına daha 3 milyon avro köçürə bilər.

Perin yetirməsi olduğu Genuya komandasının əsas heyətində 2010-cu ildə debüt edib. İtaliyalı qolkiper ötən mövsüm A Seriyasında 37 oyunda çıxış edib və 11 matçda qapısını toxunulmaz saxlayıb.

Daha əvvəl "Yuventus"u 40 yaşlı qapıçı Canluici Buffon tərk edib. O, karyerasını Fransa PSJ-sində davam etdirə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right