Taliskadan gözlənilməz addım: yeni klubu bəlli oldu

Son iki mövsümü icarə əsasında "Beşiktaş"da keçirən, müqavilə ilə "Benfika"ya məxsus olan Anderson Taliskanın yeni klubu bəlli olub

Newsport.az-ın məlumatına görə, oyunçunun İngiltərə Premyer Liqasına gedəcəyi gözlənilsə də, braziliyalı yarımmüdafiəçi fərqli qərar verib. O, Çinin "Quançjao Everqrand" klubuna keçib. 24 yaşlı futbolçu Super Liqa klubunda 6 aylıq icarə əsasında çıxış edəcək. Müqavilənin digər detallar açıqlanmayıb.

Qeyd edək ki, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Taliskanın Premyer Liqa klublarında biri ilə anlaşdığını demişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right