Luçesku sabiq "Qarabağ"lı ilə bağlı qərar verdi

Ötən mövsüm icarə əsasında çıxış edən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı vinger Saloniki təmsilçisindən ayrılmayacaq. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Məlumat bildirilir ki, komandanın baş məşqçisi Razvan Luçesku braziliyalı oyunçunu heyətdə saxlamağa qərar verib. Rumıniyalı mütəxəssis Çempionlar Liqasına hazırlaşan komandada heyətin geniş olmasını istəyir.

"Qarabağ" Pedronu 166 min avroya ötən il icarəyə götürmüşdü. Enrike çıxdığı 26 matçda 6 qola imza atmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right