Maurem Muarem sabiq klubuna qayıtdı

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu barədə makedoniyalı yarımmüdafiəçi şəxsi “Feysbuk” səhifəsində məlumat paylaşıb.  O, bildirib ki, bundan sonra karyerasını futbola başladığı ölkəsinin “Şkupi” klubunda davam etdirəcək:

“Şadam ki, bu gündən “Şkupi”nin bir hissəsi oluram. 11 ildən sonra yenidən futbolçu karyerama başladığım komandaya qayıdıram. İnanıram ki, klubu layiq olduğu yerə qaytaracağıq”.

Qeyd edək ki, Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib.Onun son klubu isə Albaniya “Flamurtari”si olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right