Almaniya millisində Özil şoku: mundialı buraxacaq?

Almaniya millisi dünya çempionatına az müddət qalmış ciddi itkiylə üzləşib.

Newsport.az-ın məlumatına görə, millinin yarımmüdafiəçisi Məsut Özil zədələnib. "Bild"in məlumatına görə futbolçunun durumu ciddidir. 29 yaşlı futbolçunun dünya çempionatına aparılmamaq ehtimalı böyükdür. Digər ehtimala görə, o, qrupda iyunun 17-də keçiriləcək Meksika ilə ilk oyunu buraxacaq. Lakin son qərar tezliklə açıqlanacaq.

Qeyd edək ki, Almaniya mundialda Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right