Maradona xəstəxanaya yerləşdirildi

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib.

Newsport.az-ın məlumatına görə, əfsanəvi futbolçunun bir neçə aydır ki, sol dizində ağrılar hiss etdiyi bildirilir. Bu üzdən onun dizindən əməliyyat olunacağı qeyd olunur. İddiaya görə, Maradona 6-8 gün xəstəxanada qalacaq.

Qeyd edək ki, Maradona hazırda Belarusun “Dinamo” (Brest) klubunun idarə heyətinin sədri vəzifəsində çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right