“Roma”dan yeni transfer 30 milyon avroya

İtaliyanın “Roma” klubu növbəti transferini rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu dəfə “Atalanta”nın yarımmüdafiəçisi Brayan Kristanteni transfer edib. Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb.

“Roma” İtaliya yığmasının da şərəfini qoruyan 23 yaşlı yarımmüdafiəçiyə görə “Atalanta”ya 30 milyon avro ödəyəcək.

Kristante, geridə qalan mövsümdə “Atalanta” formasıyla meydana çıxdığı 47 matçda 12 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Milan”ın yetirməsi olan Brayan karyerası ərzində bu komanda ilə yanaşı, “Benfika” (Portuqaliya), “Palermo” və “Peskara” klublarının da şərəfini qoruyub.

“Roma” Kristantedən öncə Zaqreb “Dinamo”sundan Ante Çoriçi, həmçinin “Portu”dan İvan Markanonu transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right