18 yaşlı holland “Yuventus”a keçir

“Ayaks”ın müdafiəçisi Matteys de Liqt karyerasını İtaliyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 18 yaşlı futbolçunun xidmətində “Yuventus” maraqlıdır. 

Holland müdafiəçi artıq Turin klubunun bazasında olub. O, “Yuventus”un düşərgəsini meneceri ilə birgə ziyarət edib və gördüklərindən razı qalıb.

Tərəflər arasında danışıqların müsbət yekunlaşacağı və de Liqtin tezliklə “Qoca Sinyora” ilə uzunmüddətli müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, gənc müdafiəçi son mövsüm “Ayaks”ın heyətində meydana çıxdığı 33 oyunda 3 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right