Ukraynada mövsümün ən yaxşıları müəyyənləşdi

Ukraynada başa çatan mövsümün ən yaxşılarının adları məlum olub. 

Newsport.az-ın məlumatına görə, ən yaxşılar ənənəvi olaraq 5 nominasiya üzrə müəyyənləşib.  

“Şaxtyor”un yarımmüdafiəçisi Marlos mövsümün oyunçusu seçilib. Məşqçilər arasında qalib “Dinamo”nun çalışdırıcısı Aleksandr Xatskeviç olub.

Ukrayna çempionatının ən yaxşı qapıçısı adına “Şaxtyor”dan Andrey Pyatov layiq görülüb. Donetks klubunun qolkiperi bu mükafatı ardıcıl ikinci, ümumilikdə dördüncü dəfə qaznaır. 

Çempionatın ən yaxşı gənc oyunçusu adını “Dinamo”dan Viktor Çıqankov qazanıb. Ən yaxşı hakim isə Yuri Mojarovskidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right