"Azərbaycan yaxşı rəqibdi" - Qazaxıstan millisinin üzvü

"Şükürlər olsun ki, qapımızdan qol buraxmadıq, müdafiədə etibarlı oynadıq. Azərbaycan yaxşı rəqibdi. Onların üslubunu bilirdik. Rəqibin güclü oyunçularının qarşısını kəsdik və əlimizə düşən imkanlardan yararlandıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan millisinin üzvü Sergey Malıy deyib. 

"Astana"nın futbolçusu millinin heyətində Azərbaycana qarşı keçirdikləri yoxlama matçını şərh edib: "Hava çox isti idi və bu, oyunumuza təsir etdi. 35-ci dəqiqədən sonra oynamaq üçün gücümüz çatmırdı. Bu, fiziki cəhətdən zəif olmağımızla bağlı deyildi, sadəcə, hava isti idi".

27 yaşlı müdafiəçi öz oyunlarını artırmağın vacib olduğunu bildirib: "Biz rəqib yox, öz oyunumuz barədə düşünməliyik. Komandamızda xəttlər arasındakı problemləri qaydasına qoymalıyıq". 

Futbolçu Qazaxıstan millisinin Millətlər Liqasındakı şanslarını dəyərləndirib: "Millətlər Liqasının başlanğıcına hələ vaxt var. Məşqçilərimiz komandanı həmin turnirə yaxşı hazırlayacaqlar. Mənə şans verdiyi üçün baş məşqçimiz Stanimir Stoilova təşəkkür edirəm. O, mənə və komandaya inanır". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right