"Nəticə ikinci dərəcəlidir" - Stanimir Stoilov

“Bütün Qazaxıstanı qələbə münasibətilə təbrik edirəm. Oyunçularım göstərdi ki, yaxı futbol oynaya bilirlər. Nəticə bizim üçün ikinci dərəcəlidir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov yığmamızla yığmamıza qalib gəldikləri yoxlama oyunundan (3:0) sonra təşkil olunan mətbuat konfransında deyib.

Bolqarıstnalı mütəxəssis qələbəyə baxmayaraq, komandasında problemlərin çox olduğunu bildirib: “Bizdə inkişaf üçün potensial var. Əsas budur. Qələbə o demək deyil ki, bizdə hər şey qaydasındadır. Aydın görünür ki, futbolçularım ilk hissədə yaxşı oynasa, da sonra yoruldular və hücumda aqressiv ola bilmədilər. Ümid edirəm ki, avrokubok matçları futbolçularımıza səviyyələrini qaldırmaqda kömək edəcək. Əvəzləmədən meydana daxil olanların oyunu gücləndirmələri sevindirici haldır. Bu, komandamızdakı rəqabətdən xəbər verir. Əlbəttə, problemlər hələ çoxdur. Onları həll etmək lazımdır. Futbolçular artırmalıdırlar. Bütün 90 dəqiqəni ilk yarım saatdakı kimi oynamaq lazımdır". 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah