Türkiyə klubu millimizin keçmiş üzvü ilə 2 illik müqavilə imzaladı

Türkiyənin "Ümraniyəspor" klubu futbolçusu Timur Təməltaşla yeni müqavilə imzalayıb.  

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 26 yaşlı futbolçunun başa çatan müqaviləsini artırmağa qərar verib. Klub futbolçu ilə 2020-ci ilin yayına qədər sözləşmə imzalayıb.  

Timur 2016-cı ildən çıxış etdiyini klubunun heyətində 56 oyun keçirib və 2 qolla yadda qalıb.  

Qeyd edək ki, karyerası ərzində "Aachen", "Bayer" (Leverkuzen, II), "Kayzerslautern" və "Altınordu" kimi komandalarda forma geyinən futbolçu Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 1 oyun keçirib.   

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right