Premyer Liqanın bombardiri Azərbaycanla yollarını ayırdı

“Qəbələ”dən ayrılacaq futbolçuların siyahısına daha bir ad əlavə olunub.

Newsport.az-ın məlumatına görə  bu, son çempionatın ən yaxşı bombardiri olan Baqali Dabodu.

27 oyunda 13 qol vuran 30 yaşlı fransalı hücumçu Premyer Liqanın ən məhsuldar futbolçusu adına yiyələnib.

XXVIII turun “Qəbələ” - “Qarabağ” oyunundan (0:1) sonra təşkil olunan mükafatlandırma mərasimində Daboya ən yaxşı bombardir titulu təqdim olunub.

O, “Qəbələ”nin tarixində bu uğura imza atan 2-ci futbolçudu. Ötən mövsümdə 11 qol vuran Filip Ozobiç də bombardir adını qazanmışdı.

“Səbail” (V tur), “Kəpəz” (XI tur) və “Səbail”lə (XIII tur) matçlarda iki qol vuran Dabo “Neftçi” (VI tur), “Neftçi” (XII tur), “Keşlə” (XIV tur), “Zirə” (XVI tur), “Səbail” (XVII tur), “Keşlə” (XX tur) və “Sumqayıt”la (XXVII tur) qarşılaşmaların hərəsində 1 dəfə fərqlənib.

Fransalının klubla müqaviləsi bitib. O isə yeni şərtlərlə razılaşmır və əvvəlki illərdən daha yüksək əməkhaqqı tələb edir. Dabonu ürəklərləndirən real alıcılarının sıraya düzülməsidi. Ərəb ölkələrindən birinə gedəcəək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right