Çempionlar Liqasının medalı "Barselona"nın da futbolçusuna veriləcək

“Liverpul” yanvarda komandadan ayrılan sabiq futbolçusu Filipe Koutinyoya da Çempionlar Liqası medalı verəcək.

Newsport.az saytının məlumatına görə, “qırmızılar”ın ÇL-də qazandığı (qızıl və ya gümüş medal) medallardan birini braziliyalı hücumçuya verəcəyi qeyd edilib. Buna səbəb isə Koutinyonun mövsümün ilk yarısında "Liverpul"un heyətində ÇL-də çıxış etməsidir.

Koutinyo mövsümə “Liverpul”da başlamışdı. O, “qırmızılar”ın heyətində ÇL-in cari mövsümündə şans qazandığı 5 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib. Braziliya millisinin üzvü yanvarda “Barselona”ya transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right