"İnter"dən 30 milyon avroluq transfer

İtaliya A Seriyasında mövsümü 4-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanan "İnter" növbəti trasnferini reallaşdırıb.

Newsport.az saytının məlumatına görə, Milan təmsilçisi Argentinanın "Rasinq" klubundan Lautoro Martinesi transfer edib. 20 yaşlı hücumçunun keçidi üçün qarşı tərəfə 30 milyon avro ödənilib. Gənc forvardla 5 illik müqavilə imzalanıb.

Martines "Rasinq"də 55 oyuna 25 qol vurub, 5 assist edib. Gələcəyin ulduzu Argentina millisinin heyətində bir oyun keçirib. Lakin o, millinin mundiala aparılan heyətində yer almayıb.

Qeyd edək ki, "İnter" daha öncə "Yuventus"dan ayrılan qanalı Kvadvo Asamoanı da rənglərinə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right