"Barselona" bu futbolçu ilə müqavilə imzalamağa razılaşdı

"Barselona" futbolçusu Samuel Umtiti ilə yeni müqavilə imzalamağa qərar verib.

Newsport.az saytının məlumatına görə, fransalı müdafiəçi ilə danışıqların yaxşı keçdiyi və tərəflər arasında razılığın əldə olunmaq üzrə olduğu bildirilib.

Onunla DÇ-2018 başlayana kimi rəsmi müqavilə imzalanacağı gözlənilir. Məlumatı Kataloniya klubunun prezidenti Jozep Bartomeu təsdiqləyib.

S.Umtiti bundan əvvəl "Barsa"dan yeni müqavilə üçün yüksək məbləğdə maaş istəyirdi. Ancaq sonra o, tələblərini azaltmaqla razılaşıb. Bundan sonra Umtiti ilə danışıqlara başlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right