"Real" Asensio üçün 150 milyonluq təklifləri rədd etdi"

"Real"ın gənc futbolçusu Marko Asensionun agenti Horasio Qaqqioli açıqlama verib.

Newsport.az-ın məlumatına görə, agent Asensio üçün "Real" iki təklif gəldiyini, lakin "kral klubu"nun bunu rədd etdiyini deyib:

 "Asensio üçün 150 milyon avroluq iki təklif göndərildi, ancaq "Real" rədd etdi. Asensio da "Real"da qalmaq istəyir. Böyük təkliflər alması ilk dəfə deyil. Ötən il Avropanın bəzi klublarından imtina etmişdi. "Real" Asensionun gələcəkdə "qızıl top" mükafatını qazanacaq potensilının olduğunu bilir".

22 yaşlı futbolçunun "Real"la 2023-cü ilə qədər müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right