Ölkəsində zibilyığan işləyir, DÇ-2018-də iştirak edəcək FOTOLAR

Rusiyada keçiriləcək dünya çempionatında köməkçi hakim kimi təyinat alacaq panamalı ədalət qoruyucusu Qabriel Viktoria ölkəsində zibilyığan işləyir.

Newsport.az-ın məlumatına görə, Panamada hakimlərə maaş verilmir. Federasiya referiləri yalnız ləvazimatla təmin edir. Buna görə, yerli hakimlər dolanışıq üçün ictimai işlərdə çalışırlar.

Qabriel Viktoria da bu cəhətdən istisna deyil. Hakim 1993-cü ildən bəri - 25 ildi zibilyığan işləyir. Səhər saat 03:45-də yuxudan oyanan Viktoria, 05:00-da işə başlayır. Onun iş vaxtı saat 16:00-a kimi davam edir. Saat 16:45-də məşq edəcəyi meydana çatan hakim, 17:00-da məşqlərə başlayır.

Referi gördüyü işdən narahat olmadığını deyib:

“Məni heç nə narahat eləmir. Nədən narahat olmalıyam ki? Panamada həyatda qala bilməm üçün çalışmalıyam və bu vəziyyət təkcə mənim üçün keçərli deyil. Hamı işləməlidi. Deməzdim ki, mənim üçün yorucudu. Daha öncə də bu işi görərkən beynəlxalq yarışlarda iştirak etmişəm”.

Xatırladaq ki, Qabriel Viktoria 2015-ci ildə U-20 dünya çempionatında, 2017-ci ildə U-17 dünya çempionatında, 2016-cı ildə isə Amerika kubokunda təyinat alıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right