Obameyanq: "Neymarı idarə etmək ona çətin olacaq"

“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq Tomas Tuxelin PSJ-yə baş məşqçi təyin olunmasına münasibət bildirib. Tuxel Obameyanqa tanış simadı. O, “Borussiya”da bu mütəxəssisin rəhbərliyi altında çıxış edib.

Newsport.az-ın məlumatına görə, Obameyanq PSJ-nin ulduz futbolçularını idarə etməyin Tuxel üçün çətin olacağını deyib:

“Hesab edirəm ki, Tuxel taktiki planda PSJ-yə çox şey verə bilər. Onun üçün ən çətin iş PSJ-nin ulduzlarını idarə etməklə bağlı olacaq.

Orda bir neçə mövsümdü oynayan adlı-sanlı futbolçular var. Onların üzərinə Neymarı da əlavə etsək, Tuxeli asan iş gözləmir.

Bu, onun üçün yeni çağırışdı. Ancaq meydanda hansısa bir problemin olacağını düşünmürəm. Tuxel istənilən an oyun sxemini dəyişməyi bacaran mütəxəssisdi. O, PSJ ilə uğur qazana bilər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right