Emeri onları “Arsenal”da görmək istəyir

“Arsenal”ın yeni baş məşqçisi Unai Emeri heyəti gücləndirmək yolunda çalışmalara başlayıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəhbərliyə sərəncamında görmək istədiyi ilk 2 futbolçunun adını verib. 

Söhbət “Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini və “Sampdoriya”nın orta sahə oyunçusu Denis Pratdan gedir. 

Emeri “Sevilya”da hazırda “Roma”nın idman direktoru olan Monçi ilə birgə çalışıb. Bu səbəbdən də o, düşünür ki məhz bu dostluq sayəsində Pelleqrinin keçidini reallaşdırmaq mümkün olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right