"Lion"dan ayrılmağa qərar verdi

"Lion"da göstərdiyi möhtəşəm performansla Avropa nəhənglərinin transfer radarına düşən Nabil Fekir açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Fransa millisi ilə dünya çempionatına yollanacaq futbolçu "Lion"dan ayrılacağını bəyan edib: "Bu komanda üççün hər şeyimi verdim. Artıq vaxt gəlib, ayrılıram".

Qeyd edək ki, Nabil Fekirin "şirlər"lə 2020-ci ilə qədər müqaviləsi var. 24 yaşlı hücumçu bu mövsüm 39 oyuna 23 qol vurub, 7 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right