"Təəssüf ki, bəzilərini özün kimi olmaq cəhdi qane etməyə bilər" Raca Nainqqolan

"Roma"nın futbolçusu Raca Nainqqolan Belçika millisi ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, bu barədə 30 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram"ında yazıb.

Raca Naiqqolan 2009-cu ildən çıxış etdiyi millidə 29 oyuna 6 qol vurub. O, yığmanın geniş heyətinə daxil edilmədikdən sonra bu addımı atıb.

Nainqqolan yazıb: "Böyük məyusluqla bildirməyə məcburam ki, beynəlxalq karyeram sona çatdı. Ölkəmi layiqincə təmsil etməkdən ötrü hər zaman əlimdən gələni etmişəm.

Təəssüf ki, bəzilərini özün kimi olmaq cəhdi qane etməyə bilər. Bu gündən Belçika yığmasının əsas azarkeşi olacam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right