İbrahimoviç oyun zamanı rəqib futbolçunu vurdu

ABŞ-ın "Los-Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviç "Monreal İmpekt"lə oyun zamanı birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 
 
Newsport.az-ın məlumatına görə, hadisə XII tur matçında ilk yarının sonlarında baş verib. Kanada komandasının yarımmüdafiəçisi Maykl Petrasso isveçli hücumçunun ayağını tapdalayıb. Bundan qəzəblənən İbrahimoviç Petrassonun boynunun arxasına şapalaq zərbəsi endirib. 
 
Epizodun videotəkrarına baxdıqdan sonra baş hakim İsveç millisinin sabiq forvardını meydandan qovub. Petrasso isə sarı vərəqə alıb. 
 
Lakin azlıqda qalması "Los Anceles Qelaksi"yə "Monreal"ı 1:0 hesabı ilə yenməkdə mane olmayıb. 
 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right