Fellaini "Milan" yolunda

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Maruan Fellaini karyerasını "Milan"da davam etdirə bilər.

 

Newsport.az xəbər verir ki, İtaliya təmsilçisinin idman direktoru Massimiliano Mirabelli açıqlamasında hələ razılıq əldə edilmədiyini deyib: "Fellaini yaxşı futbolçudur. "Mançester Yunayted"lə müqaviləsini yenilmədiyiin bilirik. Ancaq razılıq əldə etdiyimiz demək çətindir".

 

İtaliya mətbuatında gəzən xəbərlərə görə, "qırmızı-qaralar" belçikalı futbolçuya illik 6 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif ediblər.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi cari mövsüm "qırmızı şeytanlar"ın heyətində 23 oyuna 5 qol vurub, 1 assist edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right