"Vilyarreal" baş məşqçisi ilə bağlı qərar verdi

İspaniya La Liqasında mövsümü 5-ci pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanan "Vilyarreal" baş məşqçisi Xavyer Kalyexa ilə bağlı qərar verib.

 

Newsport.az xəbər verir ki, "sarı sualtı qayıq" 40 yaşlı mütəxəssislə müqaviləni bir il uzadıb. İspan mütəxəssis növbəti mövsümdə də komandanın "sükanı arxası"nda olacaq. 

 

Kalyexa bu mövsümün 7-ci turunda Fran Eskribanı əvəzləmişdi. Sabiq yarımmüdafiəçi 1999/2006-cı illərdə "Vilyarreal"da çıxış edib. O, futbolçu karyerasını 2012-ci ildə "Osasuna"da başa vurub. Xavuer məşqçi karyerasına "Vilyarreal"ın aşağı yaş qruplaından ibarət komandalarda başlayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right