DÇ-2018-ə aparılmayan futbolçu milli karyerasını bitirdi

"Roma"nın futbolçusu Raca Nainqqolan beynəlxalq karyerasını başa vurub.  

 

Newsport.az xəbər verir ki, o, Belçikanın DÇ-2018 üçün açıqlanan heyətində yer almadığı üçün belə bir qərar qəbul edib.  Belə ki, yığmanın baş məşqçisi Roberto Martinez 27 futbolçunun xidmətinə ehtiyac duyub. Həmin siyahıda yarımmüdafiəçinin adına rast gəlinməyib. 

 

O, baş məşqçinin bu qərarından sonra bir daha milli formasını geyinməyəcəyini bəyan edib.  

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2009-cu ildən millidə çıxış edirdi. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right