Demba Ba "Beşiktaş"ı rədd etdi Çin klubuna görə

"Göztəpə" ilə müqaviləsi başa çatan Demba Banın yeniklubu müəyyən olmaq üzrədir.

 

Newsport.az xəbər verir ki, "Beşiktaş"a keçəcəyi gözlənilən seneqallı hücumçu Çin varinatı ortaya düşən kimi, fikrini dəyişib. 32 yaşlı forvard Çinin "Quinçjoy Çjiçen" klubunun illik 6 milyon avroluq maaş təklifinə müsbət yanaşıb. Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, Ba Çin klubu ilə ilə 3 illik müqavilə imzalayacaq.

 

"Beşiktaş" isə Demba Baya illik məvacibi 2,5 milyon avro olan müqavilə təklif etmişdi. Lakin Çindən gələn təklif Banın ağlını başından çıxarıb və o, "qara qartallar"dan imtina edib.

 

Qeyd edək ki, Demba Ba daha öncə Çinin "Şanxay Şenhua" klubunda çıxış edib. O, "Göztəpə"yə məhz bu komandadan keçmişdi.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right