“Azərbaycanla matçda ancaq qələbə üçün oynayacağıq” Qazaxıstan millisinin müdafəçisi

Qazaxıstan millisinin və “Astana”nın müdafəçisi Dmitri Şomko millimizlə iyunun 5-də Astanada keçirləcək yoxlama görüşü ilə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu Azərbaycanla matçda ancaq qələbə üçün oynayacaqlarını deyib: “Evdə, azarkeşlərimiz qarşısında oynayacağıq. Bundan başqa, bu, Stanimir Stoilovun millimizdə ilk matçı olacaq. Düşünürəm ki, yaxşı oyun alınacaq. Ancaq qələbə qazanmaq istəyirik. Bütün azarkeşləri stadiona gələrək bizə dəstək olmağa çağırıram. Mənə görə, hazırda komandada hər şey qaydasına düşür. Qazaxıstan millisi tədricən öz hədəfinə doğru gedir”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right