Super Liqaya vəsiqə qazanan sonuncu komanda bəlli oldu

Türkiyə Super Liqasında mübarizə aparacaq sonuncu klubun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə,  “Qazişehir Qaziantep”lə pley-offun final matçında üz-üzə gələn “Ərzurumspor” qolsuz heç-heçənin ardından penalti seriyasında 5:4 hesabıyla üstün olub və Super Liqaya vəsiqə qazanıb.

TFF 1-ci Liqanın qalibi “Rizəspor” və ikinci yerin sahibi “Ankaragücü”nün ardından, “Ərzurumspor” da Super Liqada iştirak hüququ qazanıb.

Super Liqanı tərk edən komandalar isə “Osmanlıspor”, “Gənclərbirliyi” və “Karabükspor”dur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right