Canluici Buffon "Yuventus"da karyerasını başa vurdu FOTOLAR

"Yuventus" İtaliya A Seriyasının 38-ci turunda "Verona" üzərində qələbə qazanıb.

Newsport.az-ın məlumatına görə, Turinin "Alyans" stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Qoca Sinyora"nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, "Verona"da isə Alessio Çerçi fərqlənib.

Əfsanəvi qapıçı Canluici Buffon "Yuventus"un heyətində son matçını keçirib. 40 yaşlı futbolçu 64 dəqiqə meydanda olub və Karlo Pinsolyo ilə əvəzlənib. Azarkeşlər Buffonu ayaqüstə sürəkli alqışlarla yola salıblar.

 

Byankoryerilərin heyətində isveçrəli Ştefan Lixtştayner də sonuncu oyununu keçirib. İkinci hissədə qol imkanı yaransa da, o, penaltidən fərqlənə bilməyib.

 

Ötən tur çempionluğu özünə təmin etmiş "Yuventus" yarışı aktivində 95 xal ilə başa vurub. "Verona" (25) isə sonuncudan sonrakı yeri tutaraq A Seriyasını tərk edib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right