"Beşiktaş" seneqallı futbolçu ilə razılığa gəldi

Növbəti mövsüm iddialı komanda qurmaq istəyən "Beşiktaş" transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, "Beşiktaş" "Göztəpə" ilə müqaviləsi başa çatacaq Demba Ba ilə razılığa gəlib. Seneqallı hücumçu ilə 1+1 illik müqavilə bağlanacaq. Banın illik maaşı 2,5 milyon avro olacaq.

32 yaşlı futbolçu 2014/2015 və 2017-ci illərdə "Beşiktaş"da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right