"Napoli" müdafiəçisi üçün 120 milyon avro tələb edir

"Napoli"də bu mövsüm göstərdiyi oyunla nəhəng klubların transfer radarına düşən Kalidu Kulibali üçün yeni qərar verilib.

Newsport.az-ın məlumatına görə, neapollular 26 yaşlı futbolçunu transfer etmək istəyən klublardan 120 milyon avro tələb edir. İtaliya mətbuatının məlumatına görə, 26 yaşlı futbolçu üçün "Real", "Çelsi" və "Mançester Yunayted" mübarizə aparır. "Napoli" isə Seneqal millisinin üzvünün transferində qiyməti aşağı endirmək istəmir.

2014-cü ildən "Napoli"də oynayan müdafiəçi bu mövsüm 44 oyuna 5 qol vurub, 1 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right