"Brlikdə mümkün olan hər şeyi etməyə çalışacağıq" Xosep Qvardiola

"Mançester Siti" baş məşqçi Xosep Qvardiola ilə müqavilənin uzadıldığını elan edib.

Newsport.az-ın məlumatına görə, yeni saziş 2020/21-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

"Mən çox xoşbəxt və razıyam. Burada işləmək xoşdur. Hər gün oyunçularımla işləməkdən zövq alıram, yaxın illərdə biz birlikdə mümkün olan hər şeyi etməyə çalışacağıq", — deyə ispan mütəxəssis müqavilənin uzadılmasından sonra bildirib.

Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir. "Şəhərlilər" ötən mövsüm İngiltərə çempionatı və İngiltərə Liqa Kubokunu qazanıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right