Nəbiyev oynamadı, komandası qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Gürcüstanın “Şevardeni” komandası növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Gürcüstanın 2-ci liqasının 12-ci turu çərçivəsində səfərdə “Tsxinvali” ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan qələbə ilə ayrılıb - 1:0.

Fərid bu qarşılaşmanın iştirakçısı olmayıb. O, U-20 yığmamızın Bakıdakı toplanışına dəvət aldığından, hazırda bu klubun düşərgəsində deyil.

Geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.

12 turdan sonra hesabında 19 xal olan “Şevardeni” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right