Türkiyə millisinin heyəti açıqlandı SİYAHI

Türkiyə millisinin İran, Tunis və Rusiya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Mirça Luçesku 26 futbolçuya dəvət göndərib. Rumın mütəxəssis Super Liqada çempionluğun bir addımlığında olan "Qalatasaray"dan heç bir futbolçuya dəvət göndərməyib.

Qapıçılar: Volkan Babacan ("Başakşəhər"), Okan Kocuk ("İstanbulspor"), Serkan Kırıntılı ("Konyaspor")

Müdafiəçilər: Şənər Özbayraklı, Mehmet Topal, Hasan Ali kaldırım (hamısı "Fənərbaxça"), Zeki Çelik ("İstanbulspor"), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Ərtoğrul Ərsoy ("Bursaspor"), Kaan Ayhan ("Fortuna", Düseldorf, Almaniya), Ömər Bayram ("Akhisarspor")

Yarımmüdafiəçilər: Abdülkadir Ömür, Yusuf Yazıçı, Okay Yokuşlu (hamısı "Trabzonspor"), Deniz Türüç ("Kayserispor"), Əmrə Akbaba ("Alanyaspor"), İrfancan Kahveçi, Mahmut Tekdemir ( hər ikisi "Başakşəhər"), Oğuzhan Özyakup ("Beşiktaş"), Sərdar Gürlər ("Osmanlıspor"), Tarkan Sərbəst ("Austriya", Vyana, Avstriya), Hakan Çalhanoğlu ("Milan", İtaliya)

Hücumçular: Umut Bulut ("Kayserispor"), Cenk Tosun ("Everton", İngiltərə), Kenan Karaman ("Fortuna", Almaniya)

Qeyd edək ki, Türkiyə millisi mayın 28-də İstanbulda İran, iyunun 1-də İsveçrənin Cenevrə şəhərində Tunis, iyunun 5-də isə Moskvada Rusiya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right