Nağıyev "Qarabağ"a qələbə qazandırdı

Avstriyanın Şərq Regional Liqasında 33-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı doğma meydanda “Stadlau” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana və sonadək oynayıblar. Oyunda yeganə qolu 35-ci dəqiqədə Dmitri Naıyev vurub.

“Qarabağ” hazırda 53 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right