"Qarabağ"la oyunlardan sonra pis vəziyyətdə idik" Stefan Saviç

"Atletiko"nun futbolçusu Stefan Saviç "Vijesti"yə müsahibə verib.

Newsport.az-ın məlumatına görə, o, müsahibəsində "Qarabağ"la oyunları da xatırladıb: "Çempionlar Liqasında qrupdan çıxa bilməməyimiz həqiqətə də hər kəs üçün böyük sürpriz oldu. O dövrdə biz pis vəziyyətdə idik, "Qarabağ"ı hər iki görüşdə yenə bilməmişdik. Bundan sonra Avropa Liqasında oynamaq kədərli görünürdü. Lakin sonda hamımız topalanaraq, finala yüksəldikdə, bunun nə olduğunu gördük. Çempionlar Liqasının 1/8 final və ya 1/4 final mərhələlərində oynamaqdansa, Avroliqanın qalibi olmaq bəlkə də daha yaxşıdır".

O bildirib ki, Madrid klubu qrupdan çıxmağa layiq idi: "Bu,"Çelsi" və xüsusisə, "Roma" ilə matçlarda özünü göstərdi. Hər iki komandadan üstün idik. Amma "Qarabağ"la görüşlər bizə Avroliqaya keçid bahasına başa gəldi. Düşünürəm ki, gələn mövsüm biz Avropa futbolunun ən yüksək zirvəsinə qayıdacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right