Nazarov üçün 73 dəqiqə

Millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” Almaniya 2-ci Bundesliqasında qalmaq üçün ilk pley-off oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, 18 iştirakçı arasında 16-cı olaraq 2-ci Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşən komanda 3-cü Bundesliqada 3-cü pilləni tutmaqla üst liqaya yüksəlmək şansı əldə edən “Karlsrue” ilə qarşılaşıb. "Aue" əfərdə keçirilən ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb.

Nazarov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

Bu komandalar arasındakı cavab görüşü mayın 22-də Auedə keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right