Millimizin üzvü mövsümün son matçında oynamadı

Türkiyə Super Liqasında mövsümün sonuncu - 34-cü turunun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” doğma meydanda “Bursaspor”la üz-üzə gəlib və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Dənizin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Gənclərbirliyi” mövsümü 33 xalla 18 iştirakçı arasında 17-ci pillədə başa vurub. Elita ilə vidalaşmalı olan futbolçumuzun komandası növbəti mövsümü TFF 1-ci Liqada keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right