DÇ-1998-in püşkatması zamanı fırıldağa əl atdıqlarını etiraf etdi

Fransa futbolunun əfsanəsi, UEFA-nın keçmiş prezidenti Mişel Platini şok açıqlama ilə gündəmə gəlib.

Newsport.az-ın məlumatına görə, Platini ölkəsinin mətbuatına açıqlamasında DÇ-1998-in püşkatması zamanı fırıldağa əl atdıqlarını etiraf edib.

O, meydan sahibi Fransa yığmasının turnirin əsas favoritlərindən olan Braziliya millisi ilə finala kimi qarşılaşmaması üçün saxtakarlığa əl atdıqlarını deyib.

Sabiq futbolçu bunun üçün “sambaçılar”ın A qrupuna, meydan sahiblərinin isə C qrupuna salındığını bildirib.

Bu vəziyyətdə hər iki komanda öz qruplarını birinci pillədə başa vuracağı təqdirdə, yalnız finalda qarşılaşa bilərdilər ki, belə də olub.

Həlledici matçda Braziliya millisini Zinəddin Zidanın dublu və Emanuel Petinin qoluyla 3:0 hesabıyla məğlub edən Fransa yığması tarixi ərzində ilk və hələ ki, sonuncu dünya çempionluğunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right